Ölkə

ELDAR MAHMUDOV MİLLİ QƏHRƏMANIN VİDA MƏRASİMİNDƏ – Sabiq nazir üzə çıxdı (FOTO)

ELDAR MAHMUDOV MİLLİ QƏHRƏMANIN VİDA MƏRASİMİNDƏ – Sabiq nazir üzə çıxdı (FOTO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq “MTN şefi” Eldar Mahmudov uzun müddətdən sonra üzə çıxıb.

7Times.az xəbər verir ki, Eldar Mahmudov bu gün Milli Qəhrəman Riad Əhmədovun dəfn mərasimində görünüb. Mərsimdən çəkilən fotolardan ön sırada əyləşən sabiq nazirin xeyli yaşlandığı görünür. Qeyd edək ki, Riad Əhmədov Eldar Mahmudovun yaxın qohumu – bacısı Elmira xanımın həyat yoldaşı olub.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Təhlükəsizlik Orqanlarının əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.