Sosial

Elgün Səfərov: Dünyada 1 milyon 400 mindən çox uşaq yoxsulluqdan əziyyət çəkir

Elgün Səfərov: Dünyada 1 milyon 400 mindən çox uşaq yoxsulluqdan əziyyət çəkirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 1 milyon 400 mindən çox uşaq yoxsulluqdan əziyyət çəkir.

7Times.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru, BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov “Media və uşaq hüquqları” dərs vəsaitinin təqdimatında deyib.

O qeyd edib ki, bu rəqəm BMT-nin rəsmi statistikasıdır.

“Dünyada uşaqların üzləşdiyi çətinliklər, problemlər, onların hüquqlarının pozulmasının fonunda Azərbaycanda medianın bu sahədə həssaslığı vacibdir. Təəssüf ki, ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur. Hər hansı şəxs istənilən axtarış sistemlərində “uşağın döyülməsi” yazaraq axtarış versə, onlarla məlumat, görüntü, uşaqların üzü görünən fotoşəkillər, hətta videogörüntülər çıxa bilər. Bu cür məlumatların paylaşılması bir çox hallarda həmin uşaqlara qarşı şantaj vasitəsi kimi də istifadə oluna bilir və təəssüf ki, onun mənfi nəticələri bununla kifayətlənmir”, – şöbə müdiri vurğulayıb.