Dünya

Tramp yenə Aİ-yə YOX DEDİ

Tramp yenə Aİ-yə YOX DEDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı üçün rüsumların səviyyəsini 15%-dən aşağı edirmək niyyətində olmadığını bildirib.

7Times.az xəbər verir ki, o, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdə müvafiq bəyanatla çıxış edib .

ABŞ lideri müxbirin Aİ-yə 15%-dən daha yaxşı tarif dərəcəsi təklif edə bilərmi sualına “Yaxşısı aşağı deməkdir? Xeyr” deyib.

İyulun 12-də Tramp avqustun 1-dən Avropa İttifaqından gələn mallara 30%-lik rüsumların tətbiq ediləcəyini bəyan edib. Onun sözlərinə görə, Avropa ölkələrinin səlahiyyətliləri güzgü cavabı verərsə, ABŞ öz tariflərinə “həmin rəqəmi” əlavə edəcək.

Amerika prezidentinin qərarını şərh edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib ki, Aİ ABŞ-ın ittifaq ölkələrindən gələn mallara rüsumları artırmasına cavab olaraq əks tədbirlər hazırlayıb, lakin indiki mərhələdə onları tətbiq etməyəcək, problemi danışıqlar yolu ilə həll etməyə çalışır.