Siyasət

Elnur Rzayev etimadı doğrulda bildimi?

Elnur Rzayev etimadı doğrulda bildimi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin oktyabr ayında Xaçmaz rayonuna icra başçısı təyin edilən Elnur Rzayev qısa müddət ərzində rayonda hansı nəaliyyətlərə imza ata bildi?

Sələfi Şəmsəddin Xanbabayevin 15 illik uzun bir icra başçılığından sonra prezident İlham Əliyev tərəfindən Xaçmaza icra başçısı təyin edilən Elnur Rzayevin xidmət müddətini bir neçə hissəyə bölmək olar: Tanışlıq, kadr islahatları və abadlıq.

Öncə onu qeyd etmək lazımdır ki, Elnur Rzayev və onunla eyni ərəfələrdə bu vəzifələrə təyin edilən digər icra başçıları karantin qaydalarını pozmayıblarsa indiyədək bir dəfə də olsa auditoriya üzü görməyiblər. Məlum karantin səbəbi ilə son bir il ərzində bütün hesabat və digər iclaslar onlayn formada həyata keçirilib. Amma buna baxmayaraq icra başçısı rayonun bütün kənd və qəsəbələrində səyyar görüşlər keçirərək rayonun mövcud problemlərini insanların öz dillərindən öyrəndi. Bu tədbirlər ona ictimaiyyət arasında da böyük rəğbət qazandırdı.

Bu rəğbətə baxmayaraq Elnur Rzayevin hərəkətsizliyi və səbri də rayon ictimaiyyəti arasında çox danışılan məsələlərdən oldu.
”Hətta icra başçısı o qədər hərəkətsiz dayandı ki, bir müddətdən sonra onun guya bu postda qalıb işləmək istəmədiyini düşünənlərdə oldu”.
Amma sonradan məlum oldu ki, o rayonun mövcud olan bütün iqtisadi, sosial həmçinin kommunal problemlərinin köklü həlli ilə məşğul olub. Məhz onun səylərindən sonra qaz, elektrik, su, yol və telekommunikasiya sistemlərinin yenilənməsi prosesi öncəki illərə nisbətən xeyli sürətləndi.

Saleh Məmmədovun Elnur Rzayevə jesti

Rayonun yol infrastrukturunun qənaətbəxş olmaması da insanları narahat edən başlıca problemlərdən biri idi. AAYDA-nın yerli rayon təşkilatının texniki bazasının da zəif olması bu sahədəki problemlərin aradan qaldırılmasına mane olurdu. Adı çəkilən qurum nəinki yol çəkmək, heç çəkilən yollara xidmət etmək gücündə deyildi. Elnur Rzayevin AAYDA-nın idarə heyyətinin sədri Saleh Məmmədova müraciətindən sonra rayona 60 ton istehsal gücü olan asfalt zavod və bir neçə ağır texnika verildi. İcra başçısı təyin olunduğu qısa müddət ərzində elektrik və telekommunikasiya xətlərinin yenilənməsi və bərpa olunmasına da nail olub.

Elnur Rzayevin kadr islahatı

Elnur Rzayevin ilk kadr təyinatı şübhəsiz ki, özünə köməkçi təyin etmək olub. Ötən ilin noyabr ayında Turan Məmmədzadə icra başçısının əmri ilə İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin edilib. Daha sonra Elnur Rzayev humanitar məsələlər üzrə müavini olan  Samir Nemətovu vəzifəsindən azad edib. Səbəbi bizə məlum olmasa da başçının bu qərarı birmənalı qarşılanmayıb. Yeddi ay sonra boş qalan müavin yerinə gənc  ədəbiyyat müəlliməsi olan Günel Nürəddinova təyin edilib. Bundan başqa pensiya yaşı çatmış, həmçinin insanları ən çox narazı salan bütün icra nümayəndələri də öz vəzifələrindən uzaqlaşdırılıb.

Düzgün təhlil etmə bacarığı və soyuqqanlı reaksiya üslubu Elnur Rzayevi fərqləndirən məqamlardandır. Yandaşlarının sözlərinə görə, o bir sıra hallarda qərar verməzdən öncə bəzən günlərlə düşünür.

Elnur Rzayev torpağların satış qiymətini qaldırıb?

1 il ərzində islahat aparılan sahələrdən biri də bələdiyyələrin fəaliyyəti ilə bağlı olub. Xaçmazda demək olar ki, bütün bələdiyyələrin DSMF və əmək haqqı borclarına görə hesabları dondurulmuş halda idi. Məhz buna görə ayrılan dotasiya və digər gəlirlər aidyyatı üzrə sərf oluna bilmirdi. Elnur Rzayevin tapşırığından sonra həmin borcların tamamilə ödənməsi prosesi həyata keçirildi. Bundan sonra bələdiyyələrin balansında olan prespektiv torpaq sahələrinin satış qiyməti iki dəfədən çox artırıldı. (Bu məsələ hələ də böyük narazılıq yaradan problem olaraq yaşanır)
1 il ərzində qanunsuz tikilən onlarla iaşə obyektinin tikintisi dayandırılıb.

Qanunsuz tikililərin dayandırıması ilə yanaşı 1 il ərzində ”140 hektar” qanunsuz zəbt edilən torpaq sahələri aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Bərbad gündə olan təhsil sistemi

Elnur Rzayevin rayonda ən çox narazı olduğu sahələrdən biri də təhsilin səviyyəsi idi. O bu barədə dəfələrlə rayon təhsil şöbəsinin müdirinə irad bildirib. Hətta iclasların birində o rayonun təhsil statistikasını digər kiçik (əhali sayına görə) rayonların statistik rəqəmləri ilə müqayisə edərək buna görə utanmaq lazım olduğunu deyib. Bununla yanaşı 10-dan çox təhsil müəssisəsinin inzibati binasının yenidən tikilməsi, həmçinin bir o qədər də məktəb binasının əsaslı təmir edilməsi üçün təhsil nazirliyinə müraciət edilərək müsbət cavab alınıb. Qeyd edək ki, ötən ay təhsil nazirinin əmri ilə Xaçmaz RTŞ-nin müdiri Mədinə Nurməmmədova vəzifəsindən azad edilərək yerinə  İldırım Musayev təyin edilib.

Nə qalmağa evi var nə də xidməti avtomobili!

Elnur Rzayev icra başçısı təyin edildikdən sonra bir müddət rayondakı hotellərin birində qalmalı olub. İcra başçıları üçün nəzərdə tutulan qonaq evinin keçmiş icra başçısı tərəfindən özəlləşdirilməsinə görə qalmağa yeri olmayan icra başçısı daha sonra bir polis zabitinin şəxsi evinə köçməli olub. O hələ indiyədək həmin evdə yaşayır. İcra başçısı üçün ayrılan ”BMV” marakı nəqliyyat vasitəsi isə 1 ildən artıqdır yarasız haldadır. Məhz buna görə Elnur Rzayev şəxsi avtomobilindən istifadə edir.

Müşfiq Qərib