Ölkə

Elnur Rzayev Qaracik Zeyid kəndində səyyar qəbul keçirib – FOTOLAR

Elnur Rzayev Qaracik Zeyid kəndində səyyar qəbul keçirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaracik Zeyid kəndində səyyar qəbul keçirib.
Qəbulda Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaracik Zeyid, Aşağı Zeyid, Qaraçayçək, Qaracik, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yeni körpü keçidinin inşası və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb.