Ölkə

Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü – BAP qərar verdi

Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü – BAP qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.

Bu barədə Musavat.com-a partiyadan məlumat verilib.

Böyük Azərbaycan Partiyası Siyasi Şurasının qərarı aşağıdakı kimidir:

1. Növbədənkənar Prezident seçkilərində BAP öz namizədi ilə iştirak etsin.

2. BAP sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülsün.

3.BAP-ın Seçki Qərərgahı yaradılsın.

4. İlham Bəkirli BAP Seçki Qərərgahının sədri, Vüqar Qasımov və Ramiz Mahmudov sədr müavinləri təyin edilsinlər.

5. Vüqar Qasımov və Fikrət Cəfərov BAP-ın səlahiyyətli nümayəndələri təyin edilsinlər.

6. Azad Məmmədov BAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilsin.

Qeyd edək ki, Elşad Musayevin namizədliyi ilə Azərbaycan Prezidenti seçkisində (7 fevral 2024) iştirak edəcək iddiaçıların sayı 4 olub.