Cəmiyyət

Elşən Gəncəvidən yeni imza – “Ganjavi Holding”

Elşən Gəncəvidən yeni imza – “Ganjavi Holding”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AMV Şirkətlər Qrupu” ləğv edildiyi üçün Elşən Gəncəvi yeni imza – “Ganjavi Holding”i təqdim edib.

7times.az xəbər verir ki, müxtəlif sahələrdə peşəkar xidmətləri özündə birləşdirən “Ganjavi Holding” fəaliyyətində maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlanması, yeni biznesin qurulması və idarəolunması, alternativ təhsil və təlimlər üzrə, kuryer və poçt, eləcə də, hüquqi və inzibati xidmətlər, İT və ən səmərəli səyahət və səfərin təşkili xidmətlərini təqdim edir. Holdinq eləcə də informasiya sferası üzrə fəaliyyətini genişləndirmək üzrədir. Belə ki, iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına və analitik mövzulara yer veriləcək.

“Ganjavi Holding”in tərkibində və əməkdaşlığında “NAJAFSOY GROUP”, “Pi Education”, “Real Mühasib”, “Ganjavi Media” şirkətləri, “PUBLIC AZERBAIJAN” Konsepsiyası, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi, “Siyasi.az” xəbər portalı, “İslahat.az” xəbər portalı, “GanjaviMedia.az” informasiya portalı, “İctimai.az” informasiya portalı, “PUBLIC” və “GƏNCƏVİ” jurnalları fəaliyyət göstərəcək.

“Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi yeni imzanın yaradılmasında əsas məqsədin peşəkar fəaliyyət və nümunə yaratmaq olduğunu bildirib: “Bizim işimiz insanlara peşəkar və vicdanla xidmət göstərməkdir. Bu yanaşmanın əsasında dahi mütəfəkkir Nizami Gəncəvinin irsi dayanır. Belə ki, dahi filosofun öz əsərlərində insanlara çatdırmaq istədiyi ən əsas nəsihətlərindən biri: fərq etməz – şahlardan tutmuş pinəçilərə qədər, hər kəsin öz işinə peşəkarlıqla və ədalətlə yanaşması dayanır. Bu yanaşma bizim, “Ganjavi Holding”in etik kodeksinin əsasıdır. Bu səbəbdən də peşəkarlığımızı vicdanımızla ifadə etməyi bacarmalıyıq. Təsadüfi deyil ki, ölkəmizin tarixi ədalətinin bərpa olunması, Azərbaycanın əzəli və əbədi Qarabağı işğaldan qurtulduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdi. Gəncəvi imzası hər zaman ədalətlə yanaşı duracaq.

Bəzən peşəkarlığın və vicdanın yaratdığı nümunəni təqdim etmək üçün dəyişmək lazımdır. Uğur qazanmaq və nümunə yaratmaq üçün peşəkarlıqla vicdan vəhdət qurmalıdır. Bu prinsipləri özündə mənimsəməyənlər bizlərdən deyil və bu cür insanlarla sağollaşmağı bacarmalıyıq.

Bu gün sizə yeni imzamızı təqdim edirəm. Yeni imzamız “Ganjavi Holding”dir. İmzamız peşəkarlığımız və vicdanımızdır!”

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.

Elşən Gəncəvi “Ganjavi Holding”in prezidenti, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım İctimai Birliyi – İctimai və Sosial Şuranın rəhbəri, “NAJAFSOY GROUP”, “Pi Education” şirkətlərinin təsisçisi, “Oxu-magiya” kitabının müəllifi, “GanjaviMedia.az” informasiya portalının və “Siyasi.az” xəbər portalının portalının baş redaktoru, “İslahat.az” xəbər portalının və “İctimai.az” informasiya portalının yazarıdır.

“PUBLIC” və “GƏNCƏVİ” jurnallarının təsisçisi və baş redaktorudur. İctimai, sosial və iqtisadi layihələrin müəllifidir. Müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli, beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Qeyd edək ki, AMV Şirkətlər Qrupunun tərkibində faliyyət göstərən “AMV Consulting”, “AMV Education”, “AMV Express”, “AMV Finance”, “AMV Low”, “AMV Softlab”, “AMV Travel” şirkətləri və “AMVPRESS.AZ” informasiya portalı ləğv edilib.