Siyasət

“Elton Məmmədovdan soruşsan ki, yüksək texnologiyalar nə deməkdir, bilməyəcək”

“Elton Məmmədovdan soruşsan ki, yüksək texnologiyalar nə deməkdir, bilməyəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəziləri deyir ki, Ramiz Mehdiyev və Əli Həsənov, artıq vəzifədə deyillər. Onlar var və bu gün də çox güclüdürlər”.

7times.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov qeyd edib ki, Ramiz Mehdiyev Vətən müharibəsində səsini çıxarmayıb:

“Amma müharibədən sonra dalbadal bir neçə bəyanat verdi. O bəyanatların hər biri ətrafına ismarıc idi: Mən varam, siz də var olun! Ramiz Mehdiyevin son təyinatlarına baxın. Nazir olduğu dövrdə 300 min manat paket aldığını etiraf edən Əli Abbasovu tutmadılar.

Ramiz Mehdiyev ona Azərbaycan Milli Elmlər Akademiyasında vəzifə verdi. Bu ölkəni talayanların başında duran sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru təyin olunub. Əminəm ki, Elton Məmmədovdan soruşsanız ki, yüksək texnologiyalar nə deməkdir, bilməyəcək, çünki anlayışı yoxdur.

Elton Məmmədov Azərbaycanın Zukerberqi, Bill Qeytsi oldu. Bu vəzifəyə onların səviyyəsində olan şəxs təyin olunmalı idi. Bütün bunlar ölkəyə, dövlətə, dövlət başçısına meydan oxumaqdır”.