İdman

Elxan Məmmədov Parisdən işləyəcək – Təyinatı barədə açıqlama

Elxan Məmmədov Parisdən işləyəcək – Təyinatı barədə açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“FİFA-ya üzv olmaq çox xüsusi və şərəfli fürsətdir”.
7Times.az  xəbər verir ki, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru olacaq Elxan Məmmədov deyib.
O, yeni təyinatı barədə danışıb:
“FİFA bu gün futbolun lokomotividir. Biz inkişaf üçün çalışacağıq və ideyalarımızı həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Futbolun davamlı inkişafı barədə düşünürəm. AFFA-da böyük təcrübə qazanmışam. Bu, uzun və xoş bir yol oldu, ona görə də əl-ələ verib əməkdaşlığa, effektiv idarəetmənin həyata keçirilməsinə, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə AFFA prezidentinə və komandasına təşəkkür edirəm”.
Açıqlamada, həmçinin qeyd edilib ki, Elxan Məmmədov Parisdə yerləşəcək ofisdə çalışacaq.