Analitika

Ən çox zorakılığı bu şəxslər törədir – STATİSTİKA

Ən çox zorakılığı bu şəxslər törədir – STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il zorakılıq törədənlərin 33%-i qurbanların əri, 16%-i keçmiş əri, 6%-i qanuni nikahda olmadan birgə yaşadığı şəxs, 4%-i anası, 4%-i atası, 10%-i qardaşı, 12%-i qaynanası, qalan 15%-i isə digər şəxslərdir (arvad, ögey ana, övladlığa götürən, baldız, bibi, dayı, bacı və s.).

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, zorakılıq qurbanları daha çox məişət zəminində fiziki və psixi zorakılığa məruz qalırlar. Sorğuya cəlb olunmuş respondentlərin 78%-i fiziki, 84%-i psixi zorakılığa məruz qaldığını bildirib.

Ekspertlərin əksəriyyətinin qənaətinə görə, zorakılıq qurbanlarının çoxu seksual zorakılığa məruz qalmalarını açıqlamaqdan çəkindiklərindən seksual zorakılıq qurbanlarının statistik göstəriciləri reallıqda olduğundan dəfələrlə aşağıdır.

Eyni zamanda iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərə məruz qalanların da statistikası reallıqdan uzaqdır. Sorğuya cəlb edilmiş respondentlərin yalnız 33%-i iqtisadi, 11%-i isə seksual zorakılığa məruz qaldığını bildirib. Sorğuda iştirak edən respondentlərin 9%-i COVİD-19 pandemiyası dövründə zorakılıq hallarının artdığını, 2%-i azaldığını, 89%-i isə fərq etmədiyini bildirib.