Sağlamlıq

Ən kəskin bel ağrısını azaldan sadə hərəkət. Məşhur professordan tövsiyə – Video

Ən kəskin bel ağrısını azaldan sadə hərəkət. Məşhur professordan tövsiyə – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur rusiyalı həkim, professor, tibb elmləri doktoru Sergey Bubnovskiy bir çox ağır dayaq-hərəki sisteminin problemlərini əməliyyatsız müalicə etmək üçün xüsusi metodikaları hazırlayıb.

Saglamolun.az bildirir ki, cavan yaşlarda Bubnovskiy ağır yol qəzasına düşüb və nəticədə 2-ci qrupp əlil olub. Uzun müddət ərzində yataq rejimində qalan Bubnovskiy daha sonra illərlə yalnız qoltuqağacları ilə gəzə bilirdi. Özü fikirləşdiyi xüsusi bədən tərbiyəsinin köməyi ilə Bubnovskiy tam sağala bilib. Hal hazırda professor Bunbnovskinin adı bütün dünyada məşhurdur, onun metodikaları minlərlə insanları sözün əsl mənasında ayağa qaldırıb.

Təqdim etdiyimiz videoda professor kəskin bel ağrılarının əsas səbəbini və yardım üsullarını təqdim edir. Alimin fikrinə görə, belə ağrıların səbəbi heç də fəqərə arası disklərin yırtığı və ya protruziyası deyil, onun əsas səbəbi dərində yerləşən əzələlərin spazmıdır. Bu spazmı aradan qaldırmaq üçün uzanmaq deyil, hərəkət etmək lazmdır. Yalnız hərəkət sıxılmış əzələləri yumşalda bilər ki, nəticədə ağrılar da azalacaq.