“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm. Şuşanın azad edilməsi işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının yaxın olmasına işarədir”.
7times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Addım-addım işğal altındakı şəhirlərini və Qarabağı azadlığa qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir”, – o vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.
Follow @7timesaz