Dünya

Ərdoğan bu gün Putinlə görüşəcək – Gündəlikdə nələr var?

Ərdoğan bu gün Putinlə görüşəcək – Gündəlikdə nələr var?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq.  Məlumata görə, liderlər Ukrayna, Cənubi Qafqaz, Suriyadakı durumu müzakirə edəcəklər.

Dövlət başçılarının Ukraynadakı durumla bağlı Soçidə əldə olunmuş razılıqlar barədə fikir mübadiləsi aparacaqları bildirilib. Rusiyadan taxıl daşınması barədə danışılması da gözlənilir.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, prezidentlərin Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginliyi də  müzakirə edəcəkləri şübhəsizdir:

“Yəqin ki, Ərdoğan Azərbaycanın Türkiyənin “qırmızı xətti” olduğunu həmkarına xatırladacaq. Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması barədə fikir mübadiləsi də aparıla bilər. Doğrudur, Kreml Cənubi Qafqazdakı konfliktin dondurulmasında və ehtimal edilən müqavilənin öz moderatorluğu ilə imzalanmasında maraqlıdır. Amma Moskva Ankaranın maraqlarını nəzərə almağa məcburdur”.

Müsahibimiz bildirib ki,  Ərdoğanın görüşdən sonra ukraynalı həmkarı Vladimir Zelenski ilə danışacağı istisna deyil: “Görüş nəticəsində Rusiyadan taxıl daşınması barədə razılıq əldə olunması mümkündür.  Beləliklə, görüşün məhsuldar keçəcəyinə və mövcud reallıqlara konstruktiv təsir edəcəyinə inanmaq olar”.