Siyasət

Ərdoğan İsveç və Finlandiya liderləri ilə danışdı – YENİLƏNİB

Ərdoğan İsveç və Finlandiya liderləri ilə danışdı – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında telefon danışığı olub.

“7Times.az”  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Niinistö “Twitter“də bildirib.

“Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığım baş tutdu. Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”, – Finlandiya Prezidenti qeyd edib.

***17:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

“7Times.az” Türkiyə KİV-ə  istinadən xəbər verir ki,  tərəflər telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər.