Dünya

Ərdoğan Putin və Zelenskinin Türkiyədə görüşməsini təklif edib

Ərdoğan Putin və Zelenskinin Türkiyədə görüşməsini təklif edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq”.