Gündəm

Ərdoğan: “Sığınacaqlarda 1,1 milyon vətəndaşımız var”

Ərdoğan: “Sığınacaqlarda 1,1 milyon vətəndaşımız var”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələdən zərər çəkmiş 460 min şəxs Təhsil Nazirliyinə bağlı məktəblərə, yataqxanalara və müəllim evlərinə yerləşdirilib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər müvəqqəti sığınacaq mərkəzlərinə ümumilikdə 1 milyon 100 min insan yerləşdirilib.

“Ölkəmizin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq evlərimizdə zəlzələdə evlərini itirən vətəndaşlarımıza qalmaq üçün yerlər təşkil etmişik”, – deyə dövlət başçısı əlavə edib.