Dünya

Ərdoğan: “Türkiyədə inflyasiya hər ay aşağı düşür”

Ərdoğan: “Türkiyədə inflyasiya hər ay aşağı düşür”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə inflyasiya hər ay daha da düşür. Çalışacağıq ki, belə da davam etsin”.

7Times.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin bütün problemlərini hazırkı iqtidar həll edib: “Ankaranın beynəlxalq siyasi sistemdəki rolunu da biz gücləndirdik. ABŞ-da 32 mərtəbəlik türk evi inşa etdik. Orada buna oxşar başqa tikili yoxdur”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə iqtidarı bundan sonra da mövcud çətinliklərin öhdəsindən gəlməyə qadirdir: “Yetər ki, bir və həmrəy olaq. Biz ölkəmizə daha parlaq gələcək miras qoymaq istəyirik. 85 milyon vətəndaşın hər birinin bu mübarizədə rolu var”.