Dünya

Ərdoğan Yunanıstanın baş nazirinə niyə qışqırıb? – “Mənə söz çatdırmağa çalışırdı”

Ərdoğan Yunanıstanın baş nazirinə niyə qışqırıb? – “Mənə söz çatdırmağa çalışırdı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın paytaxtı Praqada keçirilən sammitin əks-sədaları davam edir.

Bu dəfə “The New York Times” Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla Yunanıstanın baş naziri Miçotakisin bağlı qapılar arxasında apardığı müzakirələrdən yazıb. Qəzet avropalı diplomat və orada olan iki yüksək səviyyəli məmura istinad edib.

İddia olunub ki, Mitsotakis 44 avropalı liderə müraciət edərkən Ərdoğan Yunanıstanın baş nazirinin sözünü kəsərək qışqırıb. O, Miçotakisin Türkiyəni hədəf alan açıqlamalarına çox əsəbiləşib. Ardınca Ərdoğan Şərqi Egeydəki mübahisələrin həllində Yunanıstanın baş nazirini qeyri-səmimilikdə ittiham edib. Eyni xəbərə görə, Ərdoğan Avropa İttifaqını da Yunanıstan və Kiprin tərəfində olmaqda günahlandırıb.

Mənbələrin sözlərinə əsasən,  bütün bunlar davam edərkən anidən otaqda soyuqluq yaranıb, müxtəlif ölkələrdən yüksək səviyyəli adlar təəccüblə yemək yeməyə davam edib, bəziləri isə əsəbiləşib.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan ötən həftə baş verənlərlə bağlı suala cavab verərkən “Miçotakis protokol qaydalarını bilməyən adamdır. Kimdən necə icazə aldığını bilmirəm, mənə söz çatdırmağa çalışırdı”, deyə söyləmişdi.