Siyasət

Ərdoğandan yeni təyinat

Ərdoğandan yeni təyinatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli təhsil naziri Ziya Selçuk vəzifəsindən azad edilib.

7Times.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu haqda sərəncam imzalayıb.

Ərdoğanın digər bir sərəncamı ilə Mahmut Özər yen milli təhsil naziri təyin olunub. Mahmut Özər bu təyinata qədər təhsil nazirinin müavini olaraq çalışıb.

Bununla yanaşı, Petek Aşkar, Ahmet Emre Bilgili və Sadri Şensoy təhsil nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, 2018-ci ildən təhsil naziri olan Ziya Selçuk istefa ərizəsi yazıb və ölkə Prezidenti sözügedən bu ərizəni qəbul edib.