Siyasət

Ərdoğanın Bakıya səfər proqramı açıqlandı

Ərdoğanın Bakıya səfər proqramı açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı şanlı qələbədən sonra ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

7times.az “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Ərdoğanın Bakı səfəri 2 gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək. Ərdoğan-Əliyev görüşü zamanı atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider atəşkəsin izlənilməsi və nəzarət edilməsi üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti də müzakirə edəcəklər. Birgə mərkəz üçün fəaliyyət istiqamətlərindən danışılacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacağı addımlara dair qiymətləndirmələr aparılacaq.