Qarabağ

Erməni qubernator: Bu yolda türkləri görəndə təzyiqim qalxır

Erməni qubernator: Bu yolda türkləri görəndə təzyiqim qalxırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər şeydən çox mən özüm haqda düşünürəm. Çünki hər gün bu yolla gedəndə qarşımda silahlı türkləri (Azərbaycan polisi nəzərdə tutulur – red.) görürəm. Üç nəsil vuruşan mənim üçün türkü görməkdən pis heç nə yoxdur. Mənim təzyiqim qalxır, halım hamıdan pisdir.

7Times/az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Zəngəzur vilayətinin qubernatoru Məlikset Poqosyan Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan polisinin post qurması haqqında deyib.

Poqosyan bildirib ki, azərbaycanlılar onun maşınını saxlamır:

“Azərbaycan polisi erməni nömrə nişanlı bir maşını da saxlamır. Onlar yalnız İran maşınlarını saxlayır və onların sənədlərini yoxlayır. Səbəbini bilmirəm”.

Qeyd edək ki, İran yük maşınlarının son bir ayda Azərbaycan sərhədini pozaraq, Qarabağa yük daşımaqda davam etdiyi faktı bir neçə gün öncə ortaya çıxıb. Belə ki, iyulun əvvəlindən avqustun ilk ongünlüyünə qədər Qarabağa 35 yük maşınının 70 dəfə girib çıxdığı müəyyənləşmişdisə, İrana nota verilməsindən sonra – 11 avqust-10 sentyabr tarixlərində 58 İran yük maşınının qanunsuz olaraq Qarabağa gəldiyi aşkarlandı.

Bunun ardınca, 12 sentyabr 12:00-dan başlayaraq, Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsində qurduğu polis postunda İran maşınlarının yoxlanılmasına başladı.