Region

Erməni vəhşiliyi təbiətdən də yan keçməyib

Erməni vəhşiliyi təbiətdən də yan keçməyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

”Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 70-dən çox flora növünün əksəriyyəti erməni quldurları tərəfindən məhv edilib.

Qarabağ bölgəsində 300-ə qədər quş növü, 100-dən çox isə məməli, sürünən, suda-quruda yaşayan fauna növünə rast gəlinir, onlardan 60-dan çoxu dünyanın və Azərbaycan Respublikasının “Qırmızı kitab”larına salınmış nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərdir. Bu növlərdən Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş məməlilərdən Cənub nalburnu, böyükdodaq-enliqulaq, adi uzunqanad, Bezoar keçisi, Ön Asiya bəbiri, quşlardan böyük qırğı, məzar qartalı, berkut qartal, ilanyeyən, ütəlgi qızılquş, Xəzər uları, arı turac, adi bəzgək, balıqlardan qızılxallı, amfibiya və reptililərdən Aralıq dənizi tısbağası, xarabalıq kələzi, qızıl mabuya, həşəratlardan Dağıstan zolaqlı arısı, Alp rozaliyası, Qafqaz ilbizyeyən fışqırdanı, qəşəng böcək, kəpənəklərdən apallon, şəfəqsaçan, Qafqaz sarıcası, Kəlləşəkilli haf  kimi növlər  nəslinin  kəsilməsi təhlükəsi ilə üz-üzədir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 43 min hektar sahəsi olan (Bəsitçay dövlət təbiət qoruğu – 107 ha, Qaragöl dövlət təbiət qoruğu – 240 ha, Qubadlı dövlət təbiət yasaqlığı- 20000 ha, Daşaltı dövlət təbiət yasaqlığı – 450 ha, Arazboyu dövlət təbiət yasaqlığı – 2200 ha və Laçın dövlət təbiət yasaqlığı – 20000 ha) xüsusi mühafizə olunan təbiət ərazilərində “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 70-dən çox flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilmişdir.  Bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir. Yüzlərlə növ ağac və kol bitkisi (Ayı fındığı, Araz palıdı, Yalanqoz, Şərq çinarı, Hirkan şümşadı, Eldar şamı, Söyüdyarpaq armudu, Qafqaz xədicəgülü, Qarabağ dağ laləsi, Şmidt dağ laləsi və s.) işğal müddətində məhv edilərək, dünya florasının xəzinəsindən silinmək təhlükəsi qarşısında qalmışdır. Qarabağ ərazisində 2000-dən çox adlı bitki növünə rast gəlinir ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 127 fauna növü və 72 flora növü nadir və nəsli kəsilmək təhlükəsi altında olmaqla, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısına və “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmışdır. Təbiət abidəsi statusuna malik 152 sayda ağac (Şərq çinarı, palıd, azat, armud), 8 xüsusi qiymətli meşə sahəsi (Şərq çinarı, Püstə, Ayı fındığı, Ardıc, Azat, Araz palıdı, Çaytikanı, Pirkal), 6 ədəd geoloji-palentoloji obyekt (“Azıx”, “Tağlar”, “Xan”, “Qaxal” və “Divlər sarayı” mağarası, “Bazaltın sütunvari aralanması”) yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət sərvətləri uzun illər ağır və misli görünməmiş talanla üz-üzə qalmışdır. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılmışdır.

Ermənilər o ağacları kəsərək avropa ölkələrinə satıblar. Həmin ağaclardan mebel istehsal olunub.

Xatırladım ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq səviyyədə, həm oktyabr, həm də noyabr aylarında dünyanın müvafiq təşkilatlarına iki dəfə müraciət ünvanlayıb.

Hal-hazırda Qarabağın flora və faunasına dəymiş ümumi ziyan hesablanır.

7times.az

Müşfiq Qərib