“Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir”.
Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev qeyd edib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin: “Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir”.
Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsinin cinayət əməli olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir.
Follow @7timesaz