Aktual

Ermənilər buna da PAXILLIQ ETDİLƏR: “Bakı yenə İrəvanı qabaqladı”

Ermənilər buna da PAXILLIQ ETDİLƏR: “Bakı yenə İrəvanı qabaqladı”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Rusiyanın Kemerovo vilayətindəki “Listvyaznaya” kömür mədənində baş vermiş faciəvi hadisə nəticəsində 52 nəfər ölüb, daha 49 nəfər isə xəstəxanaya yerləşdirilib. Azərbaycan Prezidenti dünən başsağlığı verdikdən sonra bu gün bunu Ermənistanın Baş naziri Nikol Paşinyan edib.

Sonxeber.az erməni KİV-ə istinadən xəbər verir ki, bu hal ermənilərdə paxıllıq hissinin alovlanmasına səbəb olub.

Ermənilərin “Hraparak” kimi bir neçə saytında İlham Əliyevin yenə birinci olduğu barədə paylaşımlar edilir:

“İlham Əliyevin başsağlığı Azərbaycan, həm də Rusiya mətbuatında dərc olunub. Amma həmin faciəvi hadisə ilə bağlı Paşinyan tərəfindən Rusiyaya göndərilən başsağlığı məktubu nə Ermənistanın Baş nazirinin saytında, nə də ölkənin Xarici İşlər Nazirliyinin saytında yoxdur.
İnsanlıq öz yerində, amma rəsmi başsağlığı da bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda müəyyən jest, diplomatik addım olardı. Deyəsən, deyilənlər “xırda şey”dir, amma “şeytan xırda şeylərdədir”. Bakı yenə İrəvanı qabaqladı. Və indi İrəvandan başsağlığı eşidilsə, onsuz da “qazı bitmiş mineral su” kimi görünəcək. İrəvanın bu axmaq iş tərzinin isə nə vaxta qədər davam edəcəyi məlum deyil”.