“Bu səfərlər bir növ faktaraşdırıcı missiya xarakterlidir. Diplomatlar öz gözləri ilə bu dağıntıları görür və öz ölkələrinə məlumat verirlər”.
7times.az-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.
O bildirib ki, ermənilər sanki cəsədlərdən qisas alırmış kimi siyasət yeridiblər: “Bu, vandalizmin en eybəcər formasıdır. Beynəlxalq ictimaiyyət bunu görməli, illər ərzində törədilən vəhşiliklərdən xəbərdar olmalıdır”.
Follow @7timesaz