Aktual

Ermənilərin “atəşkəs” oyunu: cəbhəyə texnika yığmaq üçün…

Ermənilərin “atəşkəs” oyunu: cəbhəyə texnika yığmaq üçün…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzunmüddətli atəşkəs bizim maraqlarımıza cavab vermir. Əgər bu olarsa, ermənilər istehkamları gücləndirəcək, yenə cəbhə bölgəsinə hərbi texnika, canlı qüvvə gətirəcək”.

7times.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu humanitar atəşkəslə bağlı danışarkən deyib.

O qeyd edib ki, humanitar atəşkəs qısamüddətli olmalıdır:

“Hansı ki, döyüş meydanından cəsədlər toplansın və bu, Qırmızı Xaç Komitəsinin nəzarəti ilə baş tutsun. Hazırda bundan danışa bilmərik. Çünki Ermənistan silahlı qüvvələrinin Gəncəyə hücum etməsi əldə edilən razılaşmanın de-fakto pozulması deməkdir.

Biz gərək Rusiyanın təkbaşına vasitəçiliyinə razılaşmayaq. Düşünürəm, bundan sonrakı danışıqlara Türkiyə də cəlb edilməlidir”.

Politoloq qeyd edib ki, Rusiya “humanitar yüklər” adı altında Ermənistanı silahlandırır:

“Görünür, Rusiyada müəyyən dairələr Ermənistanın Azərbaycan qarşısında zəif qalmasını istəmir. Ona görə bu cür təmənnasız hərbi yüklər daşıyır. Bunu dövlət başçısı İlham Əliyev də Rusiya televiziya kanalına müsahibəsində açıq şəkildə söylədi ki, “Paşinyan Putinə minnətdar olsun ki, onu xilas edir”. Prezidentin köməkçisi Hikmət Hacıyev də müsahibəsində qeyd etdi ki, Ermənistana Rusiyadan hərbi yüklər daşınır.

Gəncənin vurulması bir daha göstərdi ki, ermənilərə etibar etmək olmaz. Danışıqları davam etdirmək, məncə, bizim maraqlarımıza ziddir. Dövlət başçısının da qəti mövqeyi budur ki, biz məsələni bitirdikdən sonra danışıqlara başlaya bilərik. Ermənistan bizə rayonları hansı müddətdə tərk edəcəyi ilə bağlı qrafik verməyib”.