Bu gün qondarma ölkənin qondarma başçısı Araik Arutyunyan Azərbaycana məxsus olduğu iddia edilən ORBİTER-3 PUA-nı vuran hərbçiləri mükafatlandırıb.
7times.az erməni mətbuatına istinadən xəbər verir ki, “prezident”in mətbuat xidmətindən verilən məlumata görə, prezident “ölkənin” müdafiə naziri general-mayor Cəlal Arutyunyanın müşayiəti ilə mərkəz istiqamətindəki tank briqadalarından birini ziyarət edib.
Hərbi hissəyə səfəri zamanı Arutyunyanlar tikinti işləri ilə tanış olublar, hərbçilərin mənzil şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar veriblər.
Sonda isə Araik Arutyunyan iyulun 18-də İsraildə istehsal olunmuş ORBİTER-3 Pilotsuz Uçan Aparatını vuran hərbçilərə dövlət mükafatlarını təqdim edib.
Müdafiə Nazirliyindən NOCOMMENT.az-ın sorğusuna bildiriblər ki, baş vermiş hadisə həqiqəti əks etdirmir və düşmən tərəfin növbəti uydurmasından başqa bir şey deyil. MN-nin sözçüsü Vaqif Dərgahlı Ermənistan silahlıları tərəfindən Azərbaycana məxsus PUA-nın vurulması xəbərinin doğru olmadığını bildirməklə, bununla bağlı həmin döyüşlər ərəfəsində ictimaiyyətə müfaviq açıqlama verildiyini xatırladıb.
Follow @7timesaz