Aktual

Ermənistan 50 milyard dollardan çox təzminat ödəyəcək – Sabiq baş prokuror

Ermənistan 50 milyard dollardan çox təzminat ödəyəcək – Sabiq baş prokurorbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan üçtərəfli bəyanatı imzalamaqla təkcə ərazi itirmədi, həm də üzərinə 50 milyard dollardan çox təzminat ödəmək öhdəliyi qoyuldu.

7times.az-ın məlumatına görə, bu barədə Ermənistanın sabiq baş prokuroru Gevork Kostanyanın bəyanatında deyilir.

O bildirib ki, bu təzminatı gələcək nəsillər də ödəməli olacaq:

“Əgər biz vaxtında hüquqi cavab verə bilməsək, Nikol Paşinyanın imzaladığı biabırçı sənəd bizim üçün və gələcək nəsillərimiz üçün ciddi maliyyə problemlərinə gətirib çıxaracaq”.