Siyasət

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi erkən başlamalıdır” – Rusiya XİN rəsmisi

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi erkən başlamalıdır” – Rusiya XİN rəsmisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Moskva Bakı və İrəvanın delimitasiya məsələlərinə dair təkliflərə cavab verməsini gözləyir.

7times.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, onlar Ermənistanla Azərbaycan arasında sərhədin müəyyən hissələrindəki vəziyyəti yaxından izləyir.

“Vəziyyətin inkişafı bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi erkən başlamalıdır”.

XİN sözçüsü xatırladıb ki, Rusiya bu məsələ ilə bağlı təkliflərini həm Bakıya, həm də İrəvana təqdim edib:
“Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”. Unikal.org