Manşet

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır.

7times.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

O, sülh prosesinə alternativin olmadığını bildirib.

“Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Biz sülh prosesinin davam etdirilməsinə məhz bu məntiq çərçivəsində hazır olmuşuq və hazır olaraq qalırıq”, – deyə “Panorama”qəzeti nazirdən sitat gətirib.

Mnatsakanyan xatırladıb ki, Azərbaycan tərəfi ilə son görüş yanvarda keçirilib, amma buna baxmayaraq, Yerevanın sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qətiyyəti heç zaman azalmayıb.

“Biz bunu etməyə (Bakının nümayəndələri ilə görüşə hazırlaşmağa-red.) hazırıq. Hazırda məsləhətləşirik, həmsədrlərlə danışırıq, işləyirik”, – deyə Mnatsakanyan vurğulayıb.