Dünya

Ermənistan hakimiyyəti təşviş içində – Parlamentin binasının darvazaları qaynaqlanır – VİDEO

Ermənistan hakimiyyəti təşviş içində – Parlamentin binasının darvazaları qaynaqlanır – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginlik və qarşı tərəfin ağır məğlubiyyətə uğraması İrəvanda siyasi qarşıdurmanı pik həddə çatdırıb.

Baş nazir Nikol Paşinyanın parlamentdə “Azərbaycanla sənəd imzalayacağıq” deməsi isə vəziyyəti daha da gərginləşdirib. Paşinyanın çıxışına etiraz edən vətəndaşlar parlamentin binasının qarşısına və İrəvanın mərkəzinə toplaşıblar.

Ermənistanın siyasi rəhbərliyi isə xalqın qəzəbindən üçün ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb. Paşinyanın əmri ilə parlament binasının ətrafına çox sayda polis qüvvələri cəlb edilməklə yanaşı, binanın dəmir darvazalarının qaynaqlanmasına da qərar verilib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Day.Az həmin görüntüləri təqdim edir: