Siyasət

“Ermənistan hələ də yeni reallığı anlamır” – Ceyhun Bayramov

“Ermənistan hələ də yeni reallığı anlamır” – Ceyhun Bayramovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz Ermənistan Xarici İşlər Nazirliyinin təxribatçı, qeyri-konstruktiv və revanşist xarakterli bəyanatlar verdiyini görürük. Bu, həmin ölkənin hələ də yeni reallığı anlamadığını göstərir.

7times.az xəbər verir ki, bunu Azərbayanın Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, Ermənistan tərəfi reallığı nə qədər tez anlasa, o qədər yaxşı olar: “Azərbaycan regionda yeni əməkdaşlıq formatının qurulmasına hazırdır. Lakin Azərbaycan ərazisində yenidən hər hansı bir təxribat olarsa, buna layiqli şəkildə cavab veriləcək”.

C.Bayramov, həmçinin vurğulayıb ki, Ermənistan beynəlxalq qanunlara zidd olaraq minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir.

“Xəritələri təqdim etməkdən boyun qaçırmaqla Ermənistan Azərbaycana qarşı hərbi cinayətləri davam etdirir. Son bir neçə ay ərzində Azərbaycan bu istiqamətdə sistemli addımlar atıb və beynəlxalq təşkilatlara müraciət edib. Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti aktivlik göstərir, imzatoplama aksiyası keçirilir. Azərbaycan imkan verməyəcək ki, Ermənistan bu məsələni dünya ictimaiyyətinin diqqətindən yayındırsın”.

Nazirin sözlərinə görə, vətəndaşların işğaldan azad edilmiş ərazilərə təhlükəsiz şəkildə qayıtması üçün Azərbaycan lazımi addımlar atır.