İqtisadiyyat

“Ermənistan iqtisadiyyatı təcrid olunmuş iqtisadiyyatdır” – Elman Rüstəmov

“Ermənistan iqtisadiyyatı təcrid olunmuş iqtisadiyyatdır” – Elman Rüstəmovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün xalqımız, dövlətimiz öz tarixinin ən şanlı səhifəsini yazır. Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız Vətən müharibəsində milli iqtisadiyyatımızın olduqca böyük rolu var”
7times.az xəbər verir ki, bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Bütün bu addımlarımızın arxasında böyük bir iqtisadi güc dayanır. Xüsusilə son dövrlərdə 3 dəfədən çox artan iqtisadi potensialımız, maliyyə imkanlarımız ordu quruculuğu həyata keçirməyimizə imkan verib. Azərbaycan və Ermənistan iqtisadiyyatlarını nəinki kəmiyyət, həm də keyfiyyət baxımından müqayisə etmək mümkün deyil. Ermənistan iqtisadiyyatı resurssuz, nəqliyyat-logistika imkanları baxımından təcrid olunmuş bir iqtisadiyyatdır. Bu cür iqtisadiyyat böyük inkişaf perspektivinə malik olmur. Cəmi 3 milyon əhalisi olan ölkənin əmək resursları da çox ola bilməz. Belə vəziyyətdə onların taleyi başqa ölkələrin əlavəsi olmaqdır. Onların qonşusu Türkiyədir ki, 83 milyon əhalisi var, amma bu gün Ermənistan həmin ölkəyə qarşı saxta soyqırımı iddiası irəli sürür. Onlar bunun üçün bütün dünyanı gəzirlər və Türkiyə ilə diplomatik münasibətləri yoxdur, – o qeyd edib.
“Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti onu ölkəmizin həyata keçirdiyi nəhəng transmilli layihələrdən kənarda qoyub. Son nəticədə təbii olaraq gedib hardansa, təyyarələrlə brilyant gətirib, onu cilalayıb ixrac edə bilərsən və yaxud fiks iqtisadi məhsulla ixrac potensialı yarada bilərsən. Ancaq bunun heç bir iqtisadi prespektivi yoxdur”, – deyə baş bankir əlavə edib.