Siyasət

“Ermənistan kömək istədi, biz də qəbul etdik” – Zaxarova/Video

“Ermənistan kömək istədi, biz də qəbul etdik” – Zaxarova/Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Türkiyə ilə əlaqələrin qurulmasında Rusiyadan kömək istəyib”.

7times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Ermənistanın təklifini qəbul etdiklərini bildirib:

“Rusiya Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında maraqlıdır və bu istiqamətdə addımlar atır”, – Zaxarova bildirib.

Rusiyanın bu prosesi hər cür dəstəkləməyə davam edəcəyini vurğulayan Zaxarova qeyd edib: “Biz əlimizdən gələn hər cür dəstəyi verməyə hazırıq. İnanırıq ki, bu prosesin başlanması regionda ümumi vəziyyətinin yaxşılaşmasına töhfə verəcək”.

O, bölgədə dinc və sabit mühitin yaradılması istiqamətində addımlar atmağa davam edəcəklərini söyləyib: “Təbii ki, bölgədə ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin qurulması və inkişafına xüsusi önəm verilir”.

Teleqraf.com