“Ermənistanın kəskin artan təxribatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı davam edən sülh danışıqlarının bütün perspektivlərini zərbə altında qoyur”.
Bu fikri 7times.az-a millət vəkili Sevil mikayılova deyib. Deputat bildirib ki, Ermənistan tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması, qoşunların təmas xəttində və dövlət sərhədi boyunca edilən hücumlar, işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma və digər hüquqazidd əməllər işğalçı ölkənin beynəlxalq öhdəliklərinə etinasız yanaşmasını əyani şəkildə göstərir.
“Terroru və faşizmı dövlət səviyyəsində dəstəkləyən erməni hakimiyyəti Cənubi Qafqazda sülhə və təhlükəsizliyə real təhdid yaradır və yeni müharibə ocağını alovlandırmaqda maraqlıdır. Əgər belə olmasaydı, sülh danışıqlarının davam etdiyi bir dönəmdə müharibə çağırışları ilə çıxış etmək, ölkəni ifrat silahlandırmaq və hərbiləşdirmək kimi tədbirləri sürətləndirməzdi. Bugünkü Ermənistan hakimiyyəti sülh diplomatiyasını rədd edir və müharibə ritorikasını seçır.
İşğal olunmuş ərazilərdə erməni əsilli ailələr adı altında muzdlu döyüşçüləri və terrorçuları yerləşdirmək istiqamətində gördüyü qeyri-qanuni əməllər birbaşa beynəlxalq hüquqa meydan oxumaqdır. Bu ərazilərdən düşmən ölkənin terrorçuların təlimləndirilməsi üçün istifadə etməsi artıq bir faktdır, davam etməkdə olan bu təhlükəli əməllərə isə dünya birliyinin susqunluq göstərməsi ən azı başadüşülən deyil”- deyə Sevil Mikayilova əlavə edib.
Onun sözlərinə gör, Ermənistan baş naziri Nikol Paşinyanın məsuliyyətsiz addımları dünya birliyi tərəfindən birmənalı pislənməli və cinayət tərkibli bu cür əməllərə beynəlxalq hüququn bütün ciddiliyi ilə cavab verilməlidir.
“Düşməni ifşa etmək üçün kifayət qədər faktlar var və beynəlxalq hüququn aliliyini təmin edərək mövcud qanunlar çərçıvəsində ciddi tədbirlər görməyin vaxtı çatıb. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətmizin ədalətli mövqeyini ən uca kürsülərdən beynəlxalq birliyin diqqətinə çatdırır və Ermənistan dövlətinin qəsbkar mahiyyətini, işğalçı və millətçi siyasətini, eləcə də uzaq gələcək üçün hazırladığı məkrli planları tam şəkildə ifşa edir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun daha fəal və təsirli fəaliyyəti mütləqdir və bu mənada həmsədr ölkələr öz missiyalarını dərindən təhlil edib nəticə çıxarmalıdırlar. Onların qeyri-effektiv fəaliyyəti problemin həllinin mümkünsüzlüyü ilə bağlı pessimizm yaradır və sülh cəhdlərinin üzərinə şübhə salır. Məsələnin həlli Azərbaycanın işğal altında olan torpaqlarının azad olması və erməni ordusunun ərazilərimizdən çıxmasından keçir. Düşmən bunu anlmalı və beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır”.
7times.az
Cəlal Fərzəliyev
Follow @7timesaz