Siyasət

“Ermənistan qadağan edilmiş bombalardan istifadə edir” – Prezidentin köməkçisi

"Düşmənin məqsədi qəsdən mülki insanları hədəfə almaqdır”.

“Ermənistan qadağan edilmiş bombalardan istifadə edir” – Prezidentin köməkçisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur”.

7times.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq aidiyyəti beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya və raket atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar edib:

“Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır”.