Ermənistan hökuməti oktyabrın 28-də Dağlıq Qarabağ münaqişəsində ölən hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bugünkü siyahıda 59 nəfərin adı yer alıb.
Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 1 068 nəfərə çatıb.
Bir çox ekspertİN rəyinə əsasən, Dağlıq Qarabağda zərərsizləşdirilmiş erməni hərbçilərinin sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.