“Ermənistan parlamentinin ötən həftə Dağlıq Qarabağla bağlı komissiya yaradılması təklifini rədd etməsi səthi olaraq Ermənistanın Azərbaycanla uzunmüddətli sövdələşmələrə və ya ən azından mövcud üçtərəfli razılaşmanın tam yerinə yetirilməsinə dair öhdəçiliyinə işarə edir”.
7times.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
O, bildirib ki, İran da, Rusiya da Azərbaycana qarşı sərhəd təxribatlarına göz yumurlar:
İran Ermənistanla birlikdə qeyri-qanuni materialların qaçaqmalçılıq yolu ilə 44 günlük müharibə ilə azad edilmiş ərazilərə Gorus-Qafan yolundan keçirməklə daşıdığı üçün Azərbaycanın həmin istiqamətdə polis patrullarının fəaliyyətə başlamasına görə İran Ermənistanın narahatlıqlarını nəzərə aldığını bildirdi. Nəticədə Ermənistan öz ərazisinə müdaxilə etdiyini iddia edərək Azərbaycanın polis postları tədbirinə narazılığını bildirdi və sərhəd məsələlərinə yanaşmada yenidən destruktiv mövqe nümayiş etdirdi. Bundan başqa, İrəvanın dəfələrlə rus sülhməramlılarının burnunun altında Azərbaycan qoşunlarına qarşı hücumlar kimi sərhəd təxribatlarına göz yumuldu.
Erməni lobbiçiləri polemik mövqeyini dəyişməyib. Bunların heç biri konkret, detallı və icra oluna bilən şərtlərlə razılaşma perspektivləri üçün yaxşı nəticə vermir. Hazırda, heç bir real məsuliyyət daşımayan Ermənistan anlaşmanın qeyri-müəyyən bəndləri üzərində üstün tərəf deyil. Belə vəziyyətdə Ermənistanın özü-özünü istismar etdiyini, çox şey qurban vermədən, terror aktları və ya özbaşınalıqlarla müharibələrdə tam iştirak etməməklə kiçik-kiçik uğur qazanmaq niyyətindədir.
Yenə də Azərbaycanın Avropa Birliyi ilə əlaqəsi regional dəyişiklik üçün geniş və arzuolunan bir fürsət yaradır və Ermənistan siyasi dairələrininin daha önəmli üzvləri bunu yaxşı başa düşür. Bəlkə də Ermənistanın hazırda strategiyası zaman keçdikcə lobbiçilərindən asılılığı Avropa hökuməti və QHT-lərlə əvəz edərək, humanitar yardımdan asılılıqla əvəzlənməsi istiqamətindədir ki, bu da revanş, təxribat cəhdlərinin bir xeyli azalması ilə nəticələnə, hətta düşmənçilik meyillərinin azalması ilə nəticələnə bilər”.
Follow @7timesaz