Siyasət

“Ermənistanda böyük silah-suratın cəmlənməsi Türkiyə və Gürcüstan üçün də təhdiddir”

“Ermənistanda böyük silah-suratın cəmlənməsi Türkiyə və Gürcüstan üçün də təhdiddir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq uzun illərdir ki, Rusiya Ermənistanı sürətlə silahlandırmaqda, işğalçı ölkədə böyük silah-sursat, hərbi texnika cəmləməkdədir.

Maraqlıdır, Ermənistanda bunca silah-sursatın toplanması Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə kimi region dövlətləri üçün də hər hansı təhlükə kəsb edirmi?

7 times.az xəbər verir ki, Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Ermənistanın bütün region üçün təhlüə kəsb etdiyini söylədi:

“Dənizdən-dənizə böyük Ermənistan xülyasına qapılan erməni dövlətinin fəaliyyətlərini arxasındakı əsas imperiyal ağıl olan Rusiyanın bölgə siyasəti və maraqlarıyla birlikdə düşündükdə bu silahlanma hadisəsinin regiondakı stabilliyi, Türkiyə və Azərbaycanın da maraqlarını təhdid etdiyini görə bilərik. Bu forpost dövlətin Türkiyə ilə olan bütün sərhəddini rus ordusu qoruyur. Məsələyə tarixi proseslər kontekstində baxsaq görərik ki, bu proje dövlətin İrəvan Xanlığı torpaqlarında qurulması da Rusiyanın Türkiyəyə yönəlik hərbi -strateji hədəfləri baxımından təsadüf deyil.

Erməni dövləti PKK da daxil Türkiyəyə düşman münasibət sərgiləyən bütün dövlət və təşkilatlara qucağını açır. Gürcüstan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarda bəzi qüvvələrin Cənubi Qafqazda yeni separatçı ocaq yaratmaq məqsədiylə Cavaxetya ermənilərini də silahlandırdığı ortaya çıxmışdı. Böyük dövlətlərin oyuncağı olan Ermənilərin Gürcüstana yönəlik ərazi iddialarında olduğunu, hərəkətə keçmək üçün əlverişli şərait gözlədiyini də bilirik. Ermənilər yeri gələndə bölgədəki bütün dövlətlərə qarşı istifadə oluna biləcək bir aparatdır. Məhz bu amili nəzərə alaraq Gürcüstan dövləti Rusiyanın hava məkanından istifadə edərək Ermənistana hərbi texnika daşımasına icazə vermədi və Moskva da üç dövlətin hava məkanında keçərək daha uzun bir maşrutla o yükü müttəfiqi, forpostu olan ölkəyə daşıdı.

Rusiya Minsk qrupunun üzvüdür, hər fürsətdə Qarabağ məsələsinin sülh yoluyla həll olunmasına tərəfdar olduğunu ifadə edir, amma o biri tərəfdən də Ermənistanı ən muasir silahlarla təmin etməyə davam edir. Hərbi yük təyyarələriylə nəql edilən son 400 tonluq o texnikanın içində orta və yaxın mənzilli radar sistemləri, elektron qurğuları sıradan çıxaran hərb sistemlərinin olması Türkiyə və Gürcüstanın da təhlükəsizlik və hərbi doktrinası baxımından təhdiddir. Türkiyə-Azərbaycan və Gürcüstan regiondakı stabilliyi də təhlükəyə atacaq bu silahlandırmaya etiraz etməli, Avropa və Amerikanın da diqqətini bu məsələyə yönəltməlidir”.