“Regional kommunikasiyaların açılması üzrə işçi qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir”.
Bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Onun sözlərinə görə, müzakirə olunan məsələlərdən biri də Mehri və Mincivan-Horadiz məntəqələrində dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyaları açmaqdır.
“Təbii ki, mövcud infrastrukturun köməyi ilə həyata keçirilə biləcək istənilən kommunikasiya açılışı imkanı bizim üçün arzuolunandır. Ancaq bu danışıqların predmetidir, hansı razılığa gələcəyimizi hələlik deyə bilmərəm”, – deyə o bildirib.
M.Qriqoryan qeyd edib ki, həmçinin İcevan-Qazax dəmir yolunun açılması da müzakirə olunub.
O bildirib ki, Türkiyə ilə dəmir yolu xəttinin bərpası hələlik heç bir detala varmadan konseptual səviyyədə müzakirə edilir.//oxu.az
Follow @7timesaz