Siyasət

Ermənistanın Tramp ümidi suya düşdü – ABŞ diplomatı

Ermənistanın Tramp ümidi suya düşdü – ABŞ diplomatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin oktyabrın 29-da Cenevrədə görüşünün nə ilə nəticələnəcəyi hələ məlum deyil, amma bu gün ABŞ-ın Donald Trampın timsalında İrəvana kömək etməyəcəyini dəqiq söyləmək mümkündür.

7times.az xəbər verir ki, bu barədə amerikalı diplomat, beynəlxalq münaqişələr üzrə ekspert Con Herbst Ermənistanın “Joxovurd” qəzetinə danışarkən deyib.

Onun sözlərinə görə, önümüzdəki həftələrdə Donald Tramp və ABŞ-ın diqqəti yalnız seçkilərdə cəmləşəcək:

“Əgər Amerika bir qədər fəal olub Dağlıq Qarabağdakı vəziyyətə təsir etməyə çalışsaydı, Amerikadakı erməni lobbisi çox xoşbəxt olardı, amma bu baş tutmayacaq, çünki Trampın başı tam olaraq seçkilərə qarışıb”.axar.az