Siyasət

Ermənistanın yüksək dövlət rəsmilərinə Qarabağa getmək qadağan edildi

Ermənistanın yüksək dövlət rəsmilərinə Qarabağa getmək qadağan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Deməli belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Bu cür addım atmaq zəruridir. Başqa heç nə axtarmayın, hər şey yaxşıdır”.

7Times.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri yerli jurnalistlərə açıqlamasında Ərazi İdarəetmə və İnfrastruktur naziri Vaaqn Xaçatryan deyib.

Jurnalistlər Ermənistanın yüksək səviyyəli dövlət nümayəndələrinin niyə qondarma “Artsax”ın  yaradılmasının 30 -cu ildönümü münasibəti ilə oranı ziyarət etmədiklərini, Paşinyanın isə belə bir vaxtda Məzuniyyətə getdiyini soruşublar.

 

Xaçatryan isə bundan böyük bir problem düzəltməyə gərək olmadığını vurğulayıb:

“Ermənistan hakimiyyəti bu günlə əlaqədar tədbirləri belə keçirmək qərarına gəldi. Heç bir problem yoxdur. Bundan böyük problem yaratmayın” – erməni nazir fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az