Suriyanın Lazkiyə vilayətinin Kırdaha rayonunda təslim olmaq istəməyən keçmiş rejimin üzvlərinə qarşı əməliyyat başlayıb.
7Times.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Çox sayda təhlükəsizlik qüvvələrinin qatıldığı əməliyyata helikopterlər də cəlb edilib.
Əməliyyat çərçivəsində keçmiş rejim üzvləri saxlanılıb.
Qeyd edək ki, Əsəd ailəsinin məmləkəti olan Kırdaha devrilmiş BƏƏS rejiminin “qalası” kimi tanınır.
Follow @7timesaz