Ölkə

Fələstin səfirliyinə maliyyə yardımı göstəriləcək  Prezident Fərman imzalayıb

Fələstin səfirliyinə maliyyə yardımı göstəriləcək – Prezident Fərman imzalayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib.

“7Times.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı iyulun 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməli, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərməlidir.