İspaniya millisinin və Türkiyə təmsilçisi “Fənərbağça” komandasının sabiq hücumçusu Daniel Quisa yeni klubu ilə müqavilə bağlayıb.
7Times.az xəbər verir ki, 43 yaşlı futbolçu ölkəsinin üçüncü Liqa klubu “Rotena” ilə 1 illik müqavilə imzalayıb.
Dünya və Avropa çempionatlarının qalibi olan D.Quisa karyerası ərzində 17 fərqli klubun formasını geyinib.
Follow @7timesaz