Ölkə

Film çəkmək adı ilə şəhid ailələrindən külli miqdarda pul aldı – FOTO

Film çəkmək adı ilə şəhid ailələrindən külli miqdarda pul aldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ictimai birliyinin sədri özünü jurnalist kimi təqdim edib şəhid ailələrindən 25 min manat pul alıb.

7Times.az xəbər verir ki, bu barədə jurnalist Könül Aypara bildirib.

Jurnalist qeyd edib ki, “Tarixi həqiqətlərin öyrənilməsi” İctimai Birliyinin sədri Lalə Cavadlı özünü jurnalist kimi qələmə verərək film çəkmək adı ilə şəhid ailəsinin birindən 10 min, digərindən 15 min manat pul alıb:

“Üzgün və əsəbi halda yazıram. Bu hələ bildiyim şikayətçilərdir. Əldə etdiyim məlumata görə, bu “jurnalist” bir neçə nəfərin də külli miqdarda pulunu mənimsəyib. Çox hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev, sənətinə, peşəsinə, qələminə hörmət qoyan həmkarlarım adından canını torpaqlarımız uğrunda fəda edən qəhrəmanlarımızın ailələrindən flim çəkmək adı ilə küli miqdarda pul alan bu şəxslə bağlı dərhal ölçü götürülməyinizi tələb edirəm! Hər iki şəhidimizin anaları ilə ətraflı danışmışam. Təsəvvür edin ki, bölgələrdən də şəhidin evinə qazilər dəvət edilib. Müsahibələr alınıb. Amma ortada nə film var, nə də pul. Əminəm ki, tezliklə məhz bu iki ailədən alınan şəhidlərin qanpulu tez bir zamanda özlərinə geri qaytarılacaq!”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.