Heç məyus deyiləm. Əlbəttə ki, birinci yeri tutmaq istəyirdik, amma rəqib qapıçı əla idi.
7Times.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Fransa – Polşa matçından sonra Fransa millisinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.
Mütəxəssis Polşa millisinin qapıçısı Lukas Skorupskini tərifləyib: “Çoxlu seyvlər etdi. Qapıçını qiymətləndirmək lazımdır. Şanslarınız ola bilər, amma həmişə qol vura bilməzsiniz”.
Qeyd edək ki, Fransa – Polşa matçı 1:1 hesabı ilə yekunlaşıb. Fransa millisi D qrupunda ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Follow @7timesaz