Yarımfinala çıxmağın sevincini yaşayıram.
7Times.az xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini söyləyib: “Hər iki komandanın ifasında gərgin matç izlədik.
Futbolçularda yorğunluq müşahidə olunurdu. Şadam ki, bu çətin oyunun sonunda qalib gələn tərəf biz olduq. Yarımfinala çıxmağın sevincini yaşayıram”.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında Portuqaliyaya penaltilər seriyasında qalib gələn Fransa növbəti mərhələdə İspaniyaya rəqib olub.
Follow @7timesaz