Aktual

Fransa regionlarda geosiyasi intriqalarla məşğul olur – İlham Əliyev

Fransa regionlarda geosiyasi intriqalarla məşğul olur – İlham Əliyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.

 

7Times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev paytaxtda Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

 

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, daha sonra 22 sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir” – dövlət başçısı deyib.