Fransada fəaliyyət göstərən AFP xəbər agentliyi Türkiyə istehsalı PUA-larla bağlı xəbər yaydığı xəritədə bu ölkə və Azərbaycana qarşı skandala imza atıb.
7times.az xəbər verir ki, xəritədə Türkiyə və Azərbaycanın suveren əraziləri təhrif edilib.
AFP Türkiyə istehsalı pilotsuz uçan aparatlarına (PUA) dünya səviyyəsində marağın artmasını gündəmə gətirib.
Azərbaycan və Qazaxıstandan Anqolaya, Polşadan Mərakeşə qədər bir çox ölkənin bu PUA-lardan istifadə etdiyi, aldığı və ya maraq göstərdiyi bildirilib.
PUA-larla bağlı sözügedən ölkələr xəritəyə salınsa da, skandal və təxribatçı detallar da diqqətdən qaçmayıb.
“Türkiyə PUA-larına tələbat” başlıqlı xəritədə Türkiyənin İstanbul və Trakya bölgələri təhrif edilib. Eləcə də, Azərbaycanın Ermənistanla sərhəddə yerləşən bəzi əraziləri və Naxçıvanın üstündən xətt çəkilib.
/teleqraf/
Follow @7timesaz